Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...

Baxış sayı:
9889

Hindistanda musiqiçi və aktyor olan Yatin Sanqoi sentyabrın 22-sində "qaz çıxarma" yarışması təşkil edəcək. Yarışmanın qalibini təyin edəcək xüsusiyyətlər isə qazın şiddəti, uzunluğu və səsin yüksəkliyi olacaq. 
Moderator.az xəbər verir ki, 48 yaşlı  Sanqoi sosial media hesabında Hindistanın Qucarat əyalətindəki Surat şəhərində "qaz çıxarma" yarışması təşkil edəcəyini xəbər verib. 
Yerli mediaya açıqlama verən Sanqoi “Ailəmlə film izləyərkən qaz çıxardım. Qəhqəhələrdən sonra  'bu bir qaz çıxarma yarışması olsaydı qalib olardın" dedilər. O an ağlıma bu fikir geldi. Bu tərz yarışmalar Çində, İngiltərədə və ABŞ-da da təşkil olunur. Ancaq Hindistanda bu cür bir şey yoxdur” deyib. 
Qeyd edək ki, Sanqoi yetərli sayıda sponsor olarsa qalibin 5 min ilə 15 min Hindistan rupisi arasında bir məbləğlə mükafatlandırılacağını da bildirib.