Bəşər Əsədə sui-qəsd planı - TRAMP MƏHKƏMƏYƏ VERİLİR

Baxış sayı:
315

Suriya Vəkillər İttifaqı 2017-ci ildə ölkə lideri Bəşər Əsədə sui-qəsd niyyətləri ilə bağlı səsləndirdiyi fikirlərə görə ABŞ Prezidenti Donald Trampın məhkəməyə verilməsi imkanlarını araşdırır.

Bu barədə İttifaq sədri Firas Fares məlumat yayıb.

“İki həftə sonra məhkəmənin milli maraqlarımıza uyğun olub-olmadığını və bunun necə fayda verəcəyini müəyyənləşdirmək üçün vəkillərin konfransı keçiriləcək”, - deyə Firas Fares bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp təxminən bir həftə əvvəl bildirib ki, bir neçə il öncə Suriya lideri Bəşər Əsədin öldürülməsi ilə bağlı əməliyyat planlaşdırırmış. Ancaq sonra bu ideyasından vaz keçib.

“Firikləşirdim ki, onu məhv eləmək daha yaxşıdır. Biz hazır idik. Amma Mettis (Pentaqonun sabiq rəhbəri Ceyms Mettis – red.) razı olmadı”, - deyə Tramp vurğulayıb.

Ağ  Evin başçısı əlavə edib ki, sui-qəsddən imtina etdiklərinə görə peşman da deyil, çünki planın uğurla başa çatacağından əmin deyilmiş.