Bərzaninin SƏLAHİYYƏT OYUNUNUN ARXA PLANI

ABŞ və İsrailin təhriki ilə regionu oda atan Məsud Bərzani planları alınmayıca, təpkiləri səngitmək üçün siyasi oyunlara başlayıb. 1 noyabrda səlahiyyətlərini təhvil verəcəyini açıqlayan Bərzani, yerinə qardaşı oğlu Neçirvan Bərzanini gətirərək, səltənətini pərdə arxasından davam etdirməyi planlaşdırır.
 
Şimali İraqdakı xaos dərinləşir. Bölgədə arzuolunmaz şəxsə çevrilən IKBY sədri Məsud Bərzani, dünən yerli parlamentə məktub göndərərək 1 noyabrda səlahiyyətlərini Kürdüstan Parlamenti və Kürdüstan Bölgəsi Hökumətinə təhvil verəcəyini söyləyib. Bərzani məktubda "Mən də bir peşmərgə olaraq millətimizin içərisində və əziz peşmərgələrlə xalqımızın təbii haqları üçün mübarizə etməyə və millətimizin nailiyyətlərini qorumağa davam edəcəyəm" ifadələrinə yer verib.
 
SİYASİ MANEVR
 
Məktubdan sonra parlamentdə Bərzaninin səlahiyyətlərinin hökumət, parlament və Ədliyyə Şurasına təhvil verilməsinə dair layihə müzakirə olunub. Qərar səs çoxluğuyla qəbul edilib. Ancaq Bərzaninin səlahiyyətlərini təhvil verdiyi ilə bağlı açıqlaması siyasi bir manevr kimi görünür. Bərzani vəzifə səlahiyyətlərini öz nəzarətindəki Neçirvan Bərzaniyə təhvil verərək təpkilərdən yayınmağı, pərdə arxasından da regionu idarə etməyi planlaşdırdığı hiss olunur.
 
Çox güvəndiyi ABŞ-ı günahlandırdı
 
Məsud Bərzani 1 noyabrda vəzifə müddətinin başa çatması ilə bağlı görüntülü mesaj dərc edib. Mesajında Tələbani və ABŞ-ı günahlandıran Bərzani bunları qeyd edib: "16 oktyabr gecəsi Kərkükdə meydana gələn böyük bir xəyanətlə qarşılaşdıq, Kərkük təslim edildi və zəhərli xəncər həm xalqımız, həm də peşmərgənin kürəyinə vuruldu. Bu xəyanətlə referenduma “bəli” deyən 3 milyon insanın iradəsi çətin bir prosesə soxuldu və vəziyyət çətinləşdi. Bu xəyanət olmasaydı vəziyyət daha fərqli olacaqdı. Peşmərgəyə hücum edən Haşdi Şabi qüvvələri ABŞ istehsalı olan silahlar istifadə etdi. Qəribə olan şeylərdən biri də, ABŞ-ın terrorçu elan etdikləri şəxslərin “Abraham” tankını minib, Kürdlərə hücum etmələrinə seyrçi qalmasıdır. Burada bir problem var. Görəsən, ABŞ buna niyə səssiz qaldı?” Referendum ərəfəsində Kərkük və mübahisəli ərazilərə hərbi əməliyyatın keçiriləcəyi siqnallarını aldıqlarını dilə gətirən Bərzani, "Referendum öncəsi bir çox dəfə demişdim. Bizə çox təzyiq göstərəcəklər. Çünki müstəqillik bir bədəl istər", deyib. Mövcud vəziyyətin müvəqqəti olduğunu və belə qalmayacağına da toxunan Bərzani, "Sonuna qədər döyüşməyə hazırıq. İradəmizin qırılmasına icazə verməyib, ölümə üstünlük verəcəyik", deyə fikrini tamamlayıb

Müxalifət.az.