Bərzani ABŞ-la razılaşmanın ALINMAMASININ SƏBƏBİNİ AÇIQLADI

Keçmiş IKBY lideri Məsud Bərzani, ABŞ-ın müstəqillik referendumunun təxirə salınması üçün təqdim etdiyi təklifi nə üçün qəbul etmədiyini açıqlayıb.
 
İKBY-nin keçmiş başçısı, Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani, müstəqillik referendumuna hazırlıq prosesində ABŞ-ın təklif etdiyi “təxirə salma” planını nə üçün qəbul etmədiklərinin səbəbini açıqlayıb. Bərzani, ABŞ-ın referendumu təxirə salmaları üçün təqdim etdiyi alternativ təklifi yalnız bir ifadənin əngəllədiyini deyib.
 
"HÖRMƏTLƏ DEYİL, “DƏSTƏK” YAZMALARINI İSTƏDİK”
 
ABŞ-ın, 25 sentyabrdakı müstəqillik referendumuna iki gün qalmış, Bərzaniyə Birləşmiş Millətlər və İngiltərə ilə birlikdə təqdim etdiyi variantda, Bağdadla danışıqlar yolu ilə anlaşmaya üstünlük verilməsi təklif edilirdi.
Bununla bağlı CNN telekanalına açıqlama verən Bərzani, "Referendumu iki-üç il təxirə salın. Bunu etsəniz, referendumun nəticələrinə hörmətlə yanaşarıq, dedilər. Biz də, "hörmətlə sözünün əvəzinə, “dəstək” ifadəsinin yazılmasını istədik, Dedik ki, dəstəklərik sözünü yazarsanız, biz də referendumu təxirə salarıq. Razılaşmadılar. Bu səbəblə razılaşma alınmadı və gecikdirməyin daha çox zərər verəcəyinə qənaət gətirdik"  deyə, bildirib.
Bərzani daha sonra deyib ki,,iradəmizi itirməyimiz, bəzi bölgələri müvəqqəti olaraq itirməyimizdən daha böyük bir itki olardı: “İradəmizi və millətimizin ümidini itirmək ilə bəzi itkilərə sinə gərmək arasında, xalqımızın iradəsini və şərəfini itirməməyi seçdik."

Müxalifət.az