Böyük XƏYANƏT: İŞİD PEŞMƏRGƏYƏ PUL VERƏRƏK MÜHASİRƏDƏN QAÇIB

İŞİD terrorçularını İraqdakı son qalasından da təmizləyən İraq ordusu sensasion bir iddia ilə çıxış edib. İraq Odu mənsublarının iddiasına görə, minlərlə İŞİD terrorçusu Peşmərgəyə rüşvət verərək mühasirədən qaçmağı bacarıb.
 
İraq ordusu və Haşdi Şabi komandirlərinin verdiyi məlumatlara görə, Peşmərgə İŞİD-dən rüşvət alaraq minlərlə terrorçunun mühasirə altındakı şəhərlərdən qaçmasına şərait yaradıb.
Aralarında İŞİD-in lider heyətinin də olduğu minlərlə terrorçunun İraq Kürd Regional Rəhbərliyi qüvvələrinə verdikləri minlərlə dollar sayəsində, Havicə və Tel Afərdən qaçdığı bildirilib. Haşdi Şabinin 52-ci rotasının komandiri Hehdi Taxi, "Daha Havicədə müharibə başlamadan İŞİD şəhəri tərk etməyə başladı. 160 İŞİD komandiri Peşmərgənin yerləşdiyi xətti istifadə edərək qaçmağı bacardı" seyə, kürd əsgərləri ittiham edib.
Orta hesabla bir İŞİD üzvünün Peşmərgəyə min dollar, ailəsiylə birlikdə isə 2 min dollar ödəyərək mühasirədən qaçdığını bildirən mənbələr "İŞİD komandirləri 10 minlərlə dollar rüşvət ödəyiblər" deyə, bildiriblər.
“Middle East Eyea” saytına açıqlama verən bir digər Haşdi Şabi komandiri də "Tel Afər və ətrafını da nəzərə alsaq, ən azı 3 min İŞİD-li Peşmərgə sayəsində qaçıb. Qaçanların böyük əksəriyyəti Ərbilə gedib. Bir qismi də vətəndaşların arasına qarışaraq, Kərkükə yerləşdirilib" deyə, söyləyib.
Qeyd edək ki, Suriyada da Suriya Demokratik Gücləri (SDG), Rakkadaki İŞİD terrorçuları ilə razılaşaraq onların çıxışına icazə vermişdi. Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin də içində olduğu SDG, minlərlə İŞİD terrorçusunun heç bir döyüş olmadan Rakkadan qaçışını izləməklə kifayətlənmişdi.
Müxalifət.az