BOLTONUN QOVULMASININ SƏBƏBİ MƏLUM OLUB – İran məsələsində fikir ayrılığı

Baxış sayı:
23359

«AzPolitika.info»-nun xarici KİV-ə istinada verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton öz postunu İran məsələsi üzrə fikir ayrılığı səbəbilə itirə bilərdi. Özəl mənbələrinə istinadla, bu barədə «Bloomberq» yazıb.

KİV-n məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunmuş sanksiyaların yumşaldılmasını təklif edib. Amma Bolton qəti şəkildə bunun əleyhinə çıxıb. Bu məsələdə maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr xatırladır ki, ABŞ-da Trampın Ruhani ilə görüşünə hazırlıq gedir. Görüşün sentyabr ayında Nyu-York şəhərində, BMT Baş Məclisinin kuluarlarında baş tutucağı gözlənilir.

Bolton sentyarbın 10-da vəzifəsindən qovulub. O, müşavir postunda 2018-ci ilin aprelindən çalışıb.