BMT-dən İsrailə pis xəbər! - BUNU HEÇ GÖZLƏMİRDİLƏR...

Baxış sayı:
9244

BMT-nin İnsan Hüquqları İstintaqı keçən il 189 Fələstinlinin etirazlar əsnasında öldürülməsinin müharibə cinayəti sayıla biləcəyini bəyan edib.
 
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında İsrail qüvvələrinin ötən il Qəzza ilə sərhəddə fəaliyyətləri haqqında istintaqın detallarını açıqlayıb. Hesabatda, İsrail qüvvələrinin Qəzzada 189 Fələstin vətəndaşını qətlə yetirdiyi və bu rəqəmin müharibə cinayətinə bərabər olduğu ifadə edilib.
Qəzzada etiraz nümayişləri edən Fələstinlilərin İsrail qüvvələrinə təhdid yaratmadığı ifadə olunan hesabat üçün Birləşmiş Millətlər Təşkilatında təşkil olunan bir toplantıda Qəzza sərhədində İsrail gücləri tərəfindən tətbiq olunan qırğının Beynəlxalq Cəza Məhkəməsinə daşınması lazım olduğu vurğulanıb.
 
İSRAİLDƏN İLK TƏPKİ
 
İsrailin yeni xarici işlər naziri İsrael Katz BMT-nin aldığı bu qərara təpki göstərərək, "Kimsə İsrailin özünü, sərhədlərini və vətəndaşlarını şiddətli hücumlardan qorunması öhdəliyini inkar edə bilməz. BMT-nin bu hesabatı düşmənçilikdir və uydurmadır" deyib.

Müxalifət.az