“Bizim ona qarşı heç bir iddiamız yoxdur…” - Putin Trampı MÜDAFİƏ ETDİ

Baxış sayı:
347

“ABŞ-dakı daxili siyasi vəziyyət bu ölkənin prezidenti Donald Trampın Rusiya ilə münasibətlər qurmasına mane olur”.

Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Al Arabiya", "Sky Nes Arabistan" və "RT Arabic" telekanallarına müsahibəsində söyləyib.
Putin əlavə edib ki, Moskva və Vaşinqton arasındakı münasibətlərdəki problemlər üzündən Rusiya ölkə hakimiyyətinin Trampa qarşı heç bir iddiası yoxdur.
“Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Trampın Rusiya-Amerika münasibətləri haqqında dediklərini hamımız bilirik. Biz bilirik ki, o, hətta əvvəlki seçki kampaniyası dövründə də münasibətlərin normallaşdırılması haqda çıxış etmişdi”, - deyə Rusiya lideri əlavə edib.
O vurğulayıb ki, Moskva istənilən ABŞ administrasiyası ilə qarşı tərəfin istədiyi kimi işləyəcək.
 
Muxalifet.az