"Biz hər bir vətəndaşa öz şəxsi ərazimizdən yol verə bilmərik" - “Ər-Riyad”-ın direktoru ittihamlara CAVAB VERDİ - VİDEO / FOTOLAR

Baxış sayı:
283

“Ər-Riyad” Ticarət Mərkəzinin direktoru, iş adamı Heydər İbrahimov Xırdalan şəhərində yolu bağlamağı ilə bağlı ittihamlara cavab verib. 
İş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, həmin ərazidə heç zaman yol olmayıb:
"Həmin ərazi özəl torpaq sahəsi olduğundan, ora 2009-cu ildə hasar çəkilib. Hasarın kiçik bir hissəsi açıq qalmışdı. Bizim bu ərazidə oğurluq olduğuna görə sonradan oradan keçən maşın yolunu bağlamışıq. Çünki həmin yer şəxsi ərazidir. Orada heç zaman magistral yol olmayıb. Ərazidə yaşayan sakinlər üçün də asfalt yol çəkilib. Onlar həmin yoldan istifadə etməlidir. Biz hər bir vətəndaşa öz şəxsi ərazimizdən yol verə bilmərik. Bir daha deyirəm, internetdə haqqımızda yazılan yer şəxsi ərazidir. Burada heç zaman yol nəzərdə tutulmayıb".