​“BİZ AĞLAMAYACAĞIQ, QARDAŞ, QİSAS ALACAĞIQ!” -“TikTok”da paylaşdığı videolarla insanları valeh edən 20 yaşlı ukraynalı döyüşçü öldü / VİDEO

Baxış sayı:
1170

Qısa müddətdə “TikTok”da böyük tərəfdar toplayan və öz cəsarəti ilə insanları valeh edən 20 yaşlı ukraynalı döyüşçünün Mariupolda bir çox öldüyü barədə məlumat yayılıb.
Ukrayna KİV-ləri xəbər verir ki, Yaroslav Briginets atəşə məruz qalan dostlarını xilas edərək, canını verib. Qəhrəmanın şücaətindən danışan döyüş yoldaşları onun ölümünə görə düşməndən qisas alacaqlarına and içiblər.
"Həmişə sona qədər mübarizə apardın... Yaroslav "Maxaç" Briginets. Atəş altında qalan dostlarını çıxartdın. Bir dəfə söhbətdə dedin ki, nəsə olarsa, yas saxlamaq və kədərlənmək istəmirsən... Biz ağlamayacağıq, qardaş, qisas alacağıq! Sən əsl kişi, döyüşçü və qəhrəmansan. Hər zaman gülərüz olan, şəxsi mənafeyi güdmədən istənilən vəziyyətdə köməyə gələn insan”, - döyüşçünün silahdaşı Ximikdavid “İnstagram”da qeyd edib.

Qeyd edək ki, aprelin 6-da Britaniya kəşfiyyatı Mariupolda humanitar vəziyyətin pisləşdiyini təsdiqləyib. 160 mindən çox insanın işığı, rabitəsi, dərman, istilik və su təminatı yoxdur.
Ruslar şəhərə hava hücumlarını dayandırmır. Ağır döyüşlər davam edir.
Rusiya işğalçıları Mariupol müdafiəçilərini təslim olmağa məcbur etmək üçün humanitar yardımın daxil olmasını əngəlləyir./Qafqaz.media