Bir- biri ilə quda olan azərbaycanlı məmurlar - SİYAHI

Baxış sayı:
1273

Məmurlar, tanınmışlar, vəzifəlilər hər zaman dünya mətbuatının gündəmində olub.

BiG.AZ xəbər verir ki, Azərbaycanda da sadaladığımız insanların bir-birinə qız alıb-verməsi, qohum olması geniş yayılmış haldır. Onların işləri ilə yanaşı şəxsi həyatları da insanlara daim maraqlı olub. Bu səbəbdən Muxalifet.az quda olan məmurların siyahısını təqdim edir:

Keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyev qudadır. Əli Abbasov oğluna Pirverdiyevin qızını alıb. Etibar Priverdiyevin digər qudası isə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovdur.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Gəncənin yeni icra başçı Niyazi Bayramovla qudadır. Belə ki, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailəlidir.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.

Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, keçmiş "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun qızı Zümrüd Mənsimova Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə 2017-ci ilin aprel ayında ailə qurub.

Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.