​Biləsuvarda oğul anasını traktorla vurub öldürdü - DƏHŞƏTLİ FACİƏ

Baxış sayı:
3256

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.
Muxalifet.az
Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində olub.
Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.