Bill Qeytsdən ŞOK XƏBƏRDARLIQ: “Hazırlıqlı olun, epidemiya hər 20 ildən bir...”

Baxış sayı:
2941

“Microsoft” şirkətinin qurucusu və başçısı, 67 yaşlı Bill Qeyts “Finənşl Tayms” qəzetinə koronavirus epidemiyası ilə bağlı çox mühüm açıqlamalar verib. Qeyts dünyanın 20 ildən bir virus epidemiyası ilə mübarizə etmək məcburiyyətində qalacağını söyləyib.

Bill Qeyts həm də epidemiya ilə mübarizəyə milyonlarla dollar xərcləyən “Bill və Melinda Qeyts fondu”nun başçısıdır.

Əvvəllər də epidemiyaların bəşəriyyətin ən böyük problemi olduğu iddiasını söyləmiş Qeyts koronavirusu sivilizasiyanın qarşılaşdığı ən böyük hadisə kimi qiymətləndirib.

Bu epidemiyadan dövlətlərin də dərs götürəcəyini bildirən Qeyts bu çərçivədə erkən xəbərdarlıq sistemlərinin də həyatımıza daxil olmasını gözlədiyini bildirib. Qeyts lazımi tədbirlərin daha əvvəldən görüləcəyi təqdirdə bu gün xərclənən trilyonlarla dolların xərclənməsinə ehtiyac olmayacağını irəli sürüb.

Bill Qeyts koronavirusa bənzər epidemiyanın hər iyirmi ildən bir qarşımıza çıxa biləcəyini bildirib, mövcud vəziyyətdən dərs çıxarıldığına və gələcəkdə belə bir vəziyyətə daha hazırlıqlı olacağımıza inandığını vurğulayıb.

Koronavirus epidemiyası yayılmazdan illərlə əvvəl Bil Qeyts planetimizin belə bir problemlə qarşılaşacağını bildirmişdi.

O vaxt Bill Qeyts belə bir iddia ilə çıxış eləmişdi: “Dünya müharibəyə hazırlaşdığı ciddiyyətlə pandemiyaya hazırlaşmalıdır. Nəzarətdən çıxmış bir alim laboratoriyada çiçək xəstəliyinin daha ölümcül bir formasını yetişdirə bilər”.

Qeyts açıqlamasının birində, epidemiyaya qarşı peyvəndin 18 ay içərisində hazır olacağını güman elədiyini bildirmişdi./Hurriyyet.org