Bilgəhdə batmaqda olan əcnəbi turist xilas edildi

Baxış sayı:
13432

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bilgəhdə batma təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.​ "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, batmaq üzrə olan şəxs xarici ölkə vətəndaşı olub. Həmin şəxs nəzarətsiz ərazidə çimirmiş.