Beyrut limanında yenə partlayış oldu - CANLI

Baxış sayı:
1522

Livanın paytaxtı Beyrutda daha bir güclü partlayış baş verib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış yanğınla nəticələnib. 

Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları cəlb edilib. 

Xatırladaq ki, daha öncə Beyrutun dəniz limanındakı eyni ərazidə dəhşətli partlayış baş vermişdi. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6 mindən artıq insan yaralanmışdı.