BELARUSDA PREZİDENT SEÇKİLƏRİ - Lukaşenko Putinlə anlaşdığını açıqladı

Baxış sayı:
2888

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsində keçirilən prezident seçkilərində səs verərkən jurnalistlərlə söhbətində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Minsk ətrafında iyulun 29-da saxlanılan 33 rusiyalı muzdlunun məsələsi ilə bağlı anlaşıb.

Lukaşenko deyib ki, məsələni Putinlə müzakirə edib. Onun sözlərinə görə, Rusiya və Ukrayna prokurorluğunun nümayəndələri saxlanılan muzdlularla işləmək üçün Minskə gəlməkdən imtina ediblər.

“Çünki onlara tüpürmək də istəmirlər”,-Belarus prezidenti bildirib.

Onun sözlərinə görə, üçüncü tərəfin təxribatı versiyası həqiqətən araşdırılır, amma şəxsən hesab edir ki, bütün bunların heç bir əhəmiyyəti yoxdur. 

“Əsas məsələ odur ki, Minskin mərkəzində yanğın törətməsinlər”,-Lukaşenko deyib.

Lukaşenko əlavə edib ki, Belarus həmişə Rusiya ilə əməkdaşlıq edəcək. “Rusiya ilə həmişə əməkdaşlıq edəcəyik, həmişə birlikdə olacağıq”,-o jurnalistlərə bildirib.

Lukaşenkonun sözlərinə görə, Vladimir Putin telefon söhbəti zamanı ona deyib: “Biz hamımız eyni qayıqdayıq”.