BELARUS XÜSUSİ TƏYİNATLILARI UKRAYNAYA QARŞI SAVAŞDAN İMTİNA ETDİ – Baş qərargahdan açıqlama
14-03-2022 11:20
Baxış sayı:
541

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 14-də saat 6:00-a olan xülasəsində məlumat yayılıb.
“Belarus Respublikası silahlı qüvvələrinin Ukraynada müharibə aparmaq hazırlığı haqda: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına görə, Belarus Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - məlumatda deyilir.
Martın 12-də NSDC katibi Aleksey Danilov bildirib ki, Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsi qalmaqdadır. Onun sözlərinə görə, sadəcə, Aleksandr Lukaşenko hələ də Belarus ordusunu döyüşə atmağa cəsarət etmir.