Bədbəxt hadisə - Maşın yol keçən uşağı vurub öldürdü
15-07-2019 14:15
Baxış sayı:
8157
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dünən saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qazax Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.