Başqa dövlətin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yenilik

Baxış sayı:
2540

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verib.

"Report"un xəbərinə görə, o qeyd edib ki, Prezidentin imzaladığı yeni qanuna əsasən, başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq:

"Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq, artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər".