Baş katalikos Marqarita Simonyanı erməni dəftərindən sildi – ARAZ ÇAYINA ATDILAR!

Bütün ermənilərin karalikosu (Erməni kilsəsinin başçısı) II Qaregin 21 iyul tarixində krasnodarlı erməni jurnalist, Rusiyanın “Russia Today” kanalının baş redaktoru, “Россия сегодня” informasiya agentliyinin, o cümmlədən, ona daxil olan “Sputnik” agentliyinin baş redaktoru Marqarita Simonyanı erməni milliyyətindən məhrum edib. Mərasim Ermənistanın Qriqori kafedral kilsəsində keçirilib.
Bunun səbəbi Simonyanın Ermənistan hakimiyyətinin ünvanına tənqidi açıqlaması olub. O, erməni siyasətçiləri Krımın Rusiyaya birləşməsini tanımamaqda və Amerika ilə həddən artıq yaxın təmasda olmaqda ittiham eləmişdi.
II Qaregin Simonyanı tanrıya erməni dilində müraciət eləməyi və bütün dünyada erməni apostol kilsələrinə getməyi qadağan edib. Tədbirdə baş nazir Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, digər hökumət və parlament üzvləri iştirak ediblər. Axşamın qaranlığında mərasim işritakçıları jurnalistin portretini məbəddən çıxararaq Araz çayına atdılar.
Paşinyan Simonyanın karyera pillələrində irəliləmək üçün öz milli mənsubiyyətini istismar elədiyini, Ermənistan xalqının ünvanına xoşagəlməz sözlər dediyini söyləyib.
Paşinyan deyib: “Bizə belə millət təmsilçiləri lazım deyil. Birləşmiş Ştatlar bizim strateji tərəfdaşımızdır və təxribatçıların aramızı vurmasına imkan vermərik. Marqaritanın erməni olmasına və ümumiyyətlə bizim gözəl qədim dilimizi bilməsinə inanmıram. O, Krasnodarda doğulub və yaşayıb. Ora isə məsələn, Armavir (Armavir – Rusiyanın Krasnodar diyarında ermənilərin “özəlləşdirdikləri” şəhər. 2010-cu il siyahıya alınmasına görə, burada əhalinin 162 596 min nəfərini, yəni 86,1 %-ni ruslar, 15 860 min nəfərini, yəni 8,4 %-ni ermənilər təşkil edir – red.) kimi erməni şəhəri deyil. Lakin biz buna göz yumuruq”.
Xəbər verdiyimiz kimi, bu günlərdə Marqarita Simonyanın Paşinyanı və komandasını kəskin tənqid eləmişdi:
https://hurriyyet.org/xeber/marqarita-simonyan-pasinyani-və-komandasini-biabir-etdi/ .
Hurriyyet.org