“Baş həkim xəstə məhkumlara ayrılan dərmanları öz aptekində satdırır” - GÖYÇAYLI MƏHBUSDAN ŞOK MƏKTUB

Baxış sayı:
652

Gülnaz Səmədova: “Nicat Cəlilov oğlumdan haqqı olan 1-ci qrup əlillik dərəcəsi üçün min manat rüşvət tələb edir”

Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı vasitəsilə Penitersiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum, 2-ci qrup əlil Səmədov Əli Azər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!

Sizə bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov vəzifəsindən sui-istifadə edərək, dövlət müəssisəsini özəl obiyekti kimi idarə edir. O, xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğdə dərman pereparatlarını və tibbi avadanlıqları mənimsəyərək, özünə məxsus olan, Bakı şəhərində yerləşən 2 şəxsi  apteklərində satışa çıxarır. O, bu cür mənimsəmə yolu ilə böyük var dövlət əldə etmişdir.
Əlbəttə, bunlar hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta COVİD 19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələr belə, müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçmədən, Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdular. Əks halda isə həmin xəstələr dərhal gəldikləri cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar. Bu isə əksər hallarda həmin xəstələrin ölümü ilə nəticələnir”.
“Mən 2019-cu ildə müalicə müəssisəsində biləvasitə Nicat Cəlilovun etdiyi çoxsayda qanunsuz əməllərə şahidi oldum. Bütün gördüklərimi məktub vasitəsilə Sizə və aidiyyatı sturukturlara ünvanladım. O zamanlar o, mənim müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün 2000 (iki min) manat rüşvət istəmişdir. Lakin Nicat Vidadi oğlu Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz yerinə yetirdi və mənə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi  təyin edildi”, - deyə məhkumun adından vurğulanılr.
Cənab Prezident!
Hazırda oğlum xəstəliyi ağırlaşması səbəbilə əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət edib. O, haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Bu dəfə də Nicat Cəlilov övladımdan 1000 (min) manat rüşvət tələb edir.
Sizdən çox xahiş edirəm, dediklərimin obiyektiv araşdırılmasını Ədliyyə Nazirliyi Tibb Baş  İdarəsinin korrupsiya və rüşvət çirkabında çapalayan və arxasında Ramiz Mehdiyevin dayandığı məmurlara deyil, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidnmətinə tapşırasınız.  Ramiz Mehdiyevin çöküntüsü olan Nicat Vidadi oğlu Cəlilov haqqında qanunun müvafiq maddələri ilə cinayət işi başlanılsın, haqq öz yerini tapsın”.

Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.