​BALTİK DƏNİZİ ÜZƏRİNDƏ HƏYƏCANLI ANLAR - Alman qırıcıları Rusiya kəşfiyyat təyyarələrinin önün kəsdi

Baxış sayı:
2047

Baltik dənizi səmasında Almaniyanın iki “Eurofighter” təyyarəsi Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya qüvvələrinin NATO-dakı nümayəndəliyi “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, Rusiyanın İl-20 Kut-A (kəşfiyyat təyyarəsi) həftə sonu Baltik dənizi üzərində Çevik Müdaxilə Xidməti (QRA) tərəfindən Laagadan havaya qalxan iki “Eurofighter” ilə tutulub.
Həmçinin qeyd edilir ki, xidmət Almaniya və NATO üzərindəki hava məkanını qorumaq üçün gündəlik işləyir.

false
“Eurofighter” qırıcıları Almaniyanın hava sərhədlərindən kənarda kəşfiyyat təyyarəsini müşayiət edərək “çağırılmamış qonağı” kursunu dəyişməyə məcbur ediblər.
Bundan əvvəl Rusiyanın AN-30 kəşfiyyat təyyarəsi Danimarka və İsveçin hava sərhədlərini pozub. Ölkələrin xarici işlər nazirlikləri Rusiyanın Kopenhagen və Stokholmdakı səfirlərini çağıraraq, nota təqdim edib.