Bakıda orta məktəb koronavirusa görə bağlandı - BU, İKİNCİ OLDU...

Baxış sayı:
1502

Bakıda daha bir məktəbda koronavirusa görə tədris müvəqqəti dayanıb.
 
Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəbdə tədris dayandırılıb.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb.