Bakıda məşhur marketin şokoladları qurdlu çıxdı – VİDEO

Baxış sayı:
5427

“Oba” marketlər şəbəkəsinin Bakının Qaradağ rayonunda yerləşən satış nöqtəsində şokoladların hamısının qurdlu olması faktı üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə alıcı Ruslan Məmmədov video yayıb. O bildirib ki, marketdən aldığı şokolada diqqət etməyib və evə aparıb. Nəticədə şokoladları yeyən övladı, 4 yaşlı Oksana Məmmədova zəhərlənib.

Evdə şokoladlara baxan R.Məmmədov onların qurdlu olduğunu görərək marketə gəlib və burada satılan bütün şokoladları açıb. Məlum olub ki, satılan şokoladların hamısı qurdludur.

R.Məmmədov marketdə şokoladlara baxdığı anları qeyd edib və sosial şəbəkədə yayıb.