Bakıda dörd nəfər avtobus sürücüsünü döydü
5-11-2019 19:42
Baxış sayı:
12637
Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu" şirkətinə məxsus "İsuzu" markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb.