BAKIDA BƏDBƏXT HADİSƏ: Dayanacaqda ağac qadının üstünə aşdı - VİDEO

Baxış sayı:
6534

Bakıda bədbəxt hadisə baş verib. Şəhərin Elmlər akademiyası metro stansiyasının qarşısındakı avtobus dayanacağında aşan ağac bir qadının üstünə düşüb.
BiG.AZ-ın hadisə yerində olan müxbirinin məlumatına görə hadisə nəticəsində orta yaşlı qadın xəsarət alıb.
Ətrafdan keçən insanlar dərhal qadının köməyinə yetişiblər və əraziyə təcili tibbi yardım maşını çağırılıb. Müxbirimiz eyni zamanda qeyd edib ki, aşan ağac ərazidə tıxacın yaranmasına da səbəb olub. Hadisə yerindən fotoları təqdim edirik.

***
Hadisə yerindən verilən xəbərə görə, ağacın qırılması nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis də cəlb edilib.