Bakıda bank hesablarından oğurluq edildi

Baxış sayı:
13230

Paytaxtda bank hesablarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olmuş O.Cəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.