BAKI, SUMQAYIT VƏ ABŞERONDA XÜSUSİ KARANTİN REJİMİ UZADILDI – Brifinq / CANLI YAYIM

Baxış sayı:
2316

Nazirlər Kabineti yanında Opretativ Qərargahın növbəti brifinqi saat 11-də başlayıb. Brifinqdə OQ üzvü olan məsul şəxslər koronavirus pandemiyasi ilə bağlı ölkədə yaranmış son duruma dair danışır, yeniliklər barədə xəbər verir, görülən tədbirlərdən bəhs edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştrirak edirlər. 

Hikmət Hacıyev məlumat verib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək. Həmçinin 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Koronavirus infeksiyasının qarşısının alınması sahəsində atılan addımlar və vətəndaşların qaydalara əməl etməsi nəticəsində virusa yoluxmada kəskin azalma müşahidə olunur. Əldə edilmiş nəticənin saxlanması, vətəndaşların sağlamlığının qorunması və dünyada koronavirusla bağlı vəziyyəti nəzərə alaraq Azərbaycan ərazisində karantin rejimi 30 sentyabradək uzadılıb”.