Bakı Şəhər İcra Hakimiyyətinin 5 idarəsi rəsmən ləğv olundu - SİYAHI

Baxış sayı:
15583

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Kino Xidməti İdarəsi, Bakı Şəhər İqtisadiyyat Komitəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv edildiyini elan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetində yer alıb. "Vergilər" qəzetində yerləşdirilən elanda qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Kino Xidməti İdarəsi, Bakı Şəhər İqtisadiyyat Komitəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv olunduğunu elan edir və kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 18, otaq 308 ünvanına bildirə bilərlər.
Məlumat üşün bildirək ki, adları qeyd olunan qurumlarlın ləğv olunması barədə Fərman 10 dekabr 2018-ci il tarixində Prezident İlham Əliyev tərəfindən verilib. Prezident İlham Əliyevin imzaladığı "Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanda göstərilir ki, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.