​Bakı sakinləri üçün ŞAD XƏBƏR

Baxış sayı:
307

Bakı və Bakıətrafı ərazilərdə binalara istilik sisteminin verilməsi məqsədilə qazanxanalar vaxtından əvvəl işə salınıb.
Muxalifet.az
xəbər verir ki, bu barədə Qaynarinfo-ya "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. 
Onun sözlərinə görə, noyabrın 15-dən Bakı və Bakıətrafı ərazilərdəki binalar istilik sistemləri ilə tam təmin olunacaq: "Artıq dünəndən test rejimində qazanxanaları işə salmağa başlamışıq. Noyabrın 15-də 550 qazanxana tam gücü ilə işə düşəcək. "Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur".
Rafiq Əliyev həmçinin bildirib ki, Kommunal Xidmətlərin Strateji Yol Xəritəsinə uyğun olaraq gələn ildən Azərbaycanda istilik sistemlərinə sayğac qoyulması planlaşdırılırdı. Ancaq vəsait ayrılmamasıı səbəbindən bu, baş verməyib.