Bakı polisindən Milli Şuraya xəbərdarlıq - "AKSİYADA 50 NƏFƏRDƏN ARTIQ ADAM İŞTİRAK EDƏRSƏ..."

Baxış sayı:
12316

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə icazə verilib. Lakin aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır. Məlumata görə, piketin təşkilatçıları insanları müşahidəçi qismində aksiyaya çağırıb. Bu baxımdan, oktyabrın 8-də keçiriləcək piketdə xoşagəlməz halların yaşanması istisna deyil. Əslində, yaxşı olar ki, insanlarımız qanuna hörmət edərək, hansısa bir insidentə yol verməsinlər. Milli Şuranın keçirəcəyi piketlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev piketlə bağlı mətbuata açıqlama verib. O bildirib ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanuna görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydadan kənar orada nə baş versə, onun qarşısı polis tərəfindən alıncaqdır./Hurriyyet.org