Bakı metrosunda sıxlıq yarandı, qatarlar ləngidi

Baxış sayı:
6118

Bu gün səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda sıxlıq müşahidə olunub.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sərnişinlər metronun “Koroğlu”, “28 May”, “20 Yanvar” və digər stansiyalarında yaranmış sıxlıqdan şikayətləniblər.

“20 Yanvar” stansiyasında qatarın 10 dəqiqədən çox gözlədiyi bildirilib.

Sıxlığın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.