AZTV-yə hikkə… ETMƏYİN!..

Baxış sayı:
1885

AZTV-nin fəaliyyətini zamanla müxtəlif məsələlərdən dolayı tənqid etmişəm. İstəmişəm hər zaman yadda saxlasınlar ki, sıradan bir kanal və ya informasiya xidməti, agentliyi deyillər. Dövlət siyasətinin informasiya yükünü daşıyırlar. Daha dəqiqi informasiya savaşını aparırılar. Bunu nə qədər uğurlu edirlər və ya hansı dönəmdə daha uğurlu ediblər, bu alayı söhbətin mövzusudur. Məsələ bu ki, AZTV-ni biz, siz, bəyənməsək də onu hər dəqiqə gördüyü iş işəridən və kənardan təftiş olunur. Bunu dəqiq bilirəm. Çünki şirkətin ən həssas redaksiyasında, daha dəqiqi, o siyasətin yükünü çəkən redaksiyasında doqquz iləcən çalışmışam.

İndi AZTV-də çox ağır günlər yaşanır. Eyni zamanda dövlət televiziyası ətrafında ciddi siyasi olaylar da baş verir. AZTV hədəfə alınıb. Bunu edənlərin haqlı və ya haqsız olmasını bir yana qoyuram. Gİrəvədən istifadə adama ağır gəlir.

Şirkətdə yaxından tanıdığım və sevdiyim iki insan, keçmiş iş yoldaşlarım dünyasını dəyişib. Bir həm də qonşumdur. COVİD-19 daha iki keçmiş iş yoldaşımı caynağına alıb. Artıq adları açıqlanıb. Ölkənin iki ən yaxşı idman şərhçisi, hazırda canı ilə uğraşır. Fikrət müəllim evdə, Rövşən xəstəxananın reanimasiyada. Biri qadın olmaqla daha iki əməkdaşın da yeni yoluxması aşkarlanıb. Şirkətdə ciddi dezinfeksiya işləri aparılır. Dörd minə qədər çalışanı olan AZTV-nin yəqin ki, işçi sayı azaldılacaq bu prosesdən dolayı. Hətta bəlkə artıq azaldılıb. Yerdə qalanların, hətta iş prosesində təmaslarının məhdudlaşdırılmasını, elə bu yazıdan təklif edirəm. AZTV-nin texniki imiankarını bildiyim üçün bu variantı mümkün sayıram. Həm də məqbuldur. İş ruplar formasında aparanlar ancaq telefon təmasında ola bilərlər. Niyə? Buna məcburdurlar. Dövlət Televiziyasının işi tamamən dayana bilməz.

Gerçəkdən ağır bir mənzərə yaranıb. Əslində bu durum əsas deyil ki, fərdi maraqlar üçün AZTV rəhbərliyinin üzərinə gedilsin. Səbir, vicdan və ədalət. Dövlət, vətəndaş, insanlıq üçün bu cür davranmaq lazım. Mübarizə üçün həmişə zaman olacaq. Buna görə ilk növbədə sağlam can və mühit lazım. Bu gün Azərbaycanda ikisi də təhlükə altındadır, ETMƏYİN!..

Jalə MÜTƏLLİMOVA