“Azərişıq” sahibkarın işığını onlayn yandıracaq - VİDEO

Baxış sayı:
26527

“Azərişıq” ASC-nin mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Azərishiq.az” saytına ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür: "Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır”, - deyə T.Mustafayev əlavə edib.