Azərbaycanlıların yaşadığı kənddə 54 nəfər koronavirusa yoluxdu - GÜRCÜSTANDA

Baxış sayı:
393

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində 54 nəfər koronavirusa yoluxub.

Gürcüstanın İctimai telekanalı xəbər verir ki, son sutka ərzində kənd sakinlərindən daha dördündə virusa yoluxma təsdiqlənib.  

Qeyd edək ki, aprelin 25-dən etibarən kənddə sərt karantin rejimi qüvvədədir. Bolnisi rayonunda virusa yoluxma hallarının sayının 160-a çatdığı bildirilib. Qeyd olunub ki, yoluxanlardan 66 nəfər sağalıb,  üç nəfər isə vəfat edib.