Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən və yaralı var - VİDEO

Baxış sayı:
14500

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.