Azərbaycanlı alim ikiarvadlılığı dəstəklədi: “Atamın ikinci arvadındanam, nolub ki?” – VİDEO

Baxış sayı:
6514

Bir neçə gün əvvəl qadına qarşı şiddətə haqq qazandıran alim Sabir Əlihüseynli daha bir qalmaqallı fikir səsləndirib.
Muxalifet.az
baku.ws-ə istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında ekspert qismində iştirak edən akademik və fəlsəfə doktoru bu dəfə ikiarvadlılığı dəstəkləyib.
O, belə bir fikri Rusiyadan qızının atasının arxasınca gələn Sveta adlı rus qadının məsələsi müzakirə olunarkən deyib. Svetlananın axtardığı Yusifi xalası qızı ilə evlidir. S.Əlihüseynli təklif edib ki, Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar.
“Azmı olub azərbaycanlı kişilər iki arvadla yaşayıb? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nolub? Göydən daş düşməyib ki?”
Xatırladaq ki, S. Əlihüseynli (Tağıyev) qadının əri tərəfindən vəhşicəsinə döyülməsinə bu sözlərlə haqq qazandırmışdı: “Ata-baba misalımız var: “Yüyrək at özünə qamçı vurdurmaz”. Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!”
Ziyalı insanın qadını atla müqayisə etməsi və şiddəti dəstəkləməsi hər kəs tərəfindən təəssüflə qarşılanmışdı. Onun belə bir fikir səsləndirməsi qadınların qəzəbinə səbəb olub və sosial şəbəkənin qadın istifadəçiləri ona etiraz ediblər.
Qeyd edək ki, Sabir Tağıyev (Əlihüseynli) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, pedoqoji elmlər namizədidir.