“Azərbaycanın qurduğu keçid məntəqəsi Ermənistan ərazisində yerləşmir...” - PAŞİNYANDAN AÇIQLAMA / Video

Baxış sayı:
937

Azərbaycan 2021-ci il noyabrın 10-da açıqladı ki, noyabrın 11-i gecə yarısından etibarən Gorus-Qafan yolunun bizə məxsus hissəsində təkcə İran deyil, Ermənistan vətəndaşlarına qarşı da gömrük və pasport nəzarətini həyata keçirməyə başlayacaq.
Qafqaz.media
xəbər verir ki, bu barədə noyabrın 11-də Ermənistan baş naziri Nikol Paşinyan da hökumətin iclasında bildirib.
O, “biz belə qərara gəldik ki, Ermənistan vətəndaşları Gorus-Qafan yolunun bu hissənin əvəzinə, M2 Kapan-Aghvani-Tatev-Alidzor-Şinuair yolundan istifadə etsinlər", deyə açıqlama verib və bu ifadələr erməni cəmiyyətində şok effektinə səbəb olub.
Paşinyan bildirib ki, o, Qafanda olub və onun dediyinə görə, yolun Tatev-Aqvani hissəsi keçən həftə asfaltlanıb və istifadəyə verilib. "Bu, həqiqətən yüksək keyfiyyətli bir yol oldu", - baş nazir deyir.
Nikol Paşinyan onu da bildirib ki, Azərbaycanın qurduğu keçid məntəqəsi Ermənistan ərazisində yerləşmir, söhbət Eyvazlının bir hissəsindən gedir: “İndi başqa sual yarana bilər, danışıqlar aparmaq mümkün olmazdımı ki, bu yolda Ermənistan vətəndaşlarına və mallarına qarşı heç bir sərhəd nəzarəti həyata keçirilməsin. Bu mümkün idi, amma bunun qiyməti dəhlizin (Zəngəzur, yaxud Laçın) məntiqi olacaqdı ki, bu da bizim üçün qəbuledilməzdir”.