Azərbaycanda sabah 30 dərəcə isti olacaq - PRQONOZ

Baxış sayı:
1421

Həftənin ilk günündə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosu xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək