Azərbaycanda "Qırmızı kitab"a düşən quşları ovlayan ərəbləri çəkən şəxslərə hücum edildi - VİDEO

Baxış sayı:
765

Tovuzda Ceyrançöldə körfəz ölkələrindən gələn turistlərin ov düşərgəsini lentə alan ekoloji fəallara hücum olub.

Bu barədə fəallar sosial şəbəkədəki səhifələrində paylaşım ediblər.

Aktivistlər qeyd ediblər ki, turistlər əraziyə "Qırmızı kitab"a salınmış bəzgək quşlarını ovlamaq üçün gəliblər.

Onları lentə almaq istəyərkən ərazidəki şəxslər aktivistlərə hücum ediblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib: “Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək”.