Azərbaycanda məktəb direktoru dəhşətli hadisə törətdi - ÖLƏN VAR
6-09-2019 10:19
Baxış sayı:
20314
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xaçmaz-Yalama yolunun 39-cu kilometrliyində - Qusarçay kəndi ərazisindən keçən hissəsində “Hyundai Sonata” markalı, 90 MF 156 dövlət qeydiyyat nişanlı avtomobil Qusarçay kənd sakini, 1956-cı il təvəllüdlü Canıyev İslam İbrahimxəlil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilir ki, hadisəni törədən avtomobili sürən şəxs Xaçmazın Nabran kənd məktəbinin direktoru Mirbala Orucov olub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.