Azərbaycanda gözəlləşmək istəyən qadın həyatının şokunu yaşadı - VİDEO

Baxış sayı:
4438

Gözəl görünmək istəyən Bərdə sakininin başına iş gəlib. Şəfqət Quliyevanən dodaqlarına dolğu vurulandan sonra fəsadlar yaranıb.
34 yaşlı Şəfqət Quliyeva 4 il əvvəl dodaq formasını dəyişmək üçün rayonda yerləşən gözəllik salonlarının birinə müraciət edib.
Orada bildiriblər ki, Bakıdan gələn Yeganə adlı həkim bu işin mütəxəssisidir. Şəfqət Quliyeva da dodaqlarında dəyişlik etdirmək üçün dolğu etdirib. O, həmin gündən bəri dolğunun yaratdığı əks təsirlərdən əziyyət çəkir.
Dolğunun aradan qaldırılması üçün mayenin tərkibi bilinməlidir. Başqa həkimlər isə həmin mayenin tərkibini bimədiyi üçün qadını müalicə edə bilmir. Şəfqət Quliyevanın həm pulu gedib, həm də illərdir bunun əziyyətini çəkir. Onu bu vəziyyətə salanları isə tapa bilmir.
Şəfqət Quliyeva deyir ki, dodağındakı dolğu üz nahiyəsində səpkilərə, qanının zəhərlənməsinə səbəb olur. O, aldadılması ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: