Azərbaycanda daha bir həkim koronavirusdan öldü
26-07-2020 10:34
Baxış sayı:
1380

Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.
Bu barədə “Report“a tibb işçiləri məlumat veriblər.
Məlumata görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.
Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.