AZƏRBAYCANDA BİTƏN BU BİTKİ BİR ÇOX DƏRDİN DƏRMANIDIR… - Qərb mediası pandemiya zamanı daha çox istifadə olunan bu bitkinin möcüzəvi təsirindən yazır…

Baxış sayı:
1628

Bir çox ölkələrdə elm adamları uzunömürlülüyə təsir edən amilləri araşdırırlar. Onlardan biri də qidalanmadır. "Daily Express" şəfalı xüsusiyyətlərinə görə sürətlə populyarlıq qazanan bitki haqqında yazır. Bu bitkinin tərkibindəki maddələrin xroniki xəstəlikləri sağaltdığı və ömrü uzadığı məlum olub.
Qafqaz.media
xəbər verir ki, "Molecules" jurnalında dərc edilən məqalədə  antosianinlə zəngin olan qara gəndəlaşdan gedir.
İnsan ömrünü uzadan bu bitki tənəffüs xəstəlikləri kimi müəyyən xəstəliklərin öhdəsindən gəlməyə kömək edən güclü antioksidantlarla zəngindir.
Antosianin orqanizmdə oksidləşdirici stressi azaltdığına görə məşhurdur, bu da ömrün uzunluğunun artmasına səbəb olur, çünki bədənimizin bütün sistemlərinə zərərli təsirlər azalır. Ancaq gəndəlaş oksidləşdirici stresslə mübarizə apararaq, xroniki xəstəlikləri də sağaldır.
Məqalənin müəllifi Syuzi Soyer bunu belə izah edir: “Bu bitkinin sağlamlığa faydalarına gəlincə, gəndəlaş fantastik nüfuza malikdir. Onların gözəl rəngi bitkinin tərkibində antioksidantların və flavonoidlərin yüksək həddə varlığına işarədir. Bütünlükdə bu giləmeyvə yaxşı həzmi təmin edən liflə zəngindir. Məsələn, gəndəlaş ürək-damar xəstəlikləri riskini azaldır. Həmçinin, onun meyvələri C vitamini ilə zəngindir. Tərkibindəki ellagik turşu dərini ultrabənövşəyi radiasiyadan qorumağa kömək edir. Gəndəlaş meyvələrində karbohidrat az olduğu üçün istənilən pəhriz üçün uyğundur. Onun hələ təkcə meyvələri yoluxucu tənəffüs xəstəlikləri ilə mübarizədə əhəmiyyətli faydalara malikdir."
"Complementary Therapies in Medicine" jurnalında bu gəndəlaşın soyuqdəymədə faydalı təsirlərinə işarə edən sübutlar olan məqalə var. Məlum olur ki, qara gəndəlaş anti-virus təsiri göstərir, soyuqdəymə və qripin müalicəsində kömək edir. Həmçinin müəyyən edilib ki, qara gəndəlaş ekstraktı öskürək, burun tıxanıqlığı və boğazın qızartısı kimi yuxarı tənəffüs yolu infeksiyası əlamətlərinin öhdəsindən gəlir.
Məqalənin sonunda tədqiqatçılar yazırlar ki, araşdırmalar nəticəsində gəndəlaş yuxarı tənəffüs yollarının viral infeksiyalarını müalicə edən antibiotiklərə, soyuqdəymə və qrip üçün təklif olunan dərmanlara daha təhlükəsiz alternativ ola bilər.

Qırmız gəndəlaş

Bundan başqa, tərkibində gəndəlaş olan dərmanlar insanları COVID-19 infeksiyasından qoruduğu üçün pandemiya zamanı daha çox populyarlaşdı.
Britaniyada fövqəladə hallar üzrə elmi məsləhət qrupu deyir ki, tərkibində gəndəlaş olan qida əlavələrinin təkcə 2020-ci ilin mart ayının ilk həftəsində satışı 255 faiz artıb. Amma səhiyyə orqanları gəndəlaşın çiy yarpaqları, gövdələri və giləmeyvələrindən yemənin və istifadənin təhlükəli olduğunu xəbərdar edir. İş orasındadır ki, bu bitkinin tərkibində yarpaqlarında və yetişməmiş yaşıl giləmeyvələrində siyanidlər əmələ gətirən kimyəvi maddə var. Btikidən istifadənin yan təsirlərinə ürəkbulanma, qusma və burun axması daxildir. Beləliklə, gəndəlaşın yalnız laboratoriya şəraitində müəyyən olunmuş şəkildə dərman preparatları, yaxud qida əlavələri formasında istifadəsi məqsədəuyğundur. Qeyri-peşəkar istifadə zərərlidir./Qafqaz.media