Azərbaycanda ağır yol qəzası: İki nəfər öldü

Baxış sayı:
673

Xaçmaz rayonunda iki avtomobil toqquşub, ölənlər var. Muxalifet.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib. Gəndob-Yalama yolunda hərəkətdə olan yük avtomobili ilə minik maşını toqquşub. Qəza 2 nəfərim ölümü ilə nəticələnib. Onlar Xaçmaz rayonu Çarxı kənd sakini 32 yaşlı Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğludur. Dünyasını dəyişənlərin minik avtomobilinin sürcüsü və sərnişini olduğu bildirilir. Fakt araşdırılır. /oxu.az