Azərbaycanda 13 rayonun içməli su problemi ilə bağlı — SƏRƏNCAM
9-04-2018 20:34
Baxış sayı:
2875
Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.