​Azərbaycan YUNESKO-nun Baş Konfransının vitse-prezidenti seçilib

Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cı sessiyası öz işinə başlayıb.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan konfransın vitse-prezidenti və konfransın sədr müavini seçilib.
Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov “Tvitter” səhifəsində yazıb.