"Azərbaycan üçün təhlükəli başlanğıc ola bilər" - POL QOBL PLANI İŞƏ DÜŞÜR?

Baxış sayı:
653

Ermənistan Azərbaycanla ərazi mübadiləsini istisna etməyib. Hakim partiya deputatlarından olan Eduard Ağacanyan bildirib ki, hansı ərazilərin dəyişdiriləcəyinə cavab vermək üçün delimitasiya və demarkasiya prosesindən tam keçmək lazımdır. 

Mövzu ilə əlaqədar eks deputat Cümşüd Nuriyevlə əlaqə saxladıq. 

Politoloq yayılan xəbərin təxribat xarakteri daşıdığını bildirib. Çünki qalib Azərbaycanın hansısa ərazisini Ermənistanla dəyişməsi inandırıcı deyil. Əksinə, vurulmuş ziyan və hərbi cinayətlər fonunda Ermənistandan ərazi güzəştinə nail olmaq imkanı var:

"Birincisi, beynəlxalq hüquqda belə bir prosedur yoxdur. Əgər ermənilər Xankəndi, Ağdərə və digər rayonlarla Zəngəzurdan hansısa bir zolağı dəyişəcəklərini fikirləşirlərsə, Azərbaycanın buna gedəcəyinə inanmıram. Çünki bu, Azərbaycan üçün çox təhlükəli bir başlanğıc ola bilər".

Cümşüd Nuriyev erməni deputat Ağacanyanın fikirlərinə münasibət bildirərkən əlavə edib ki, BMT-yə üzv olduğumuz sərhədləri dəyişmək çətin məsələdir:

"Vaxtı ilə Pol Qoblun da belə bir planı var idi ki, keçmiş Dağlıq Qarabağla Zəngəzuru dəyişsin. Bu qədər tökülən qandan sonra Azərbaycanın bu addımı atamayacaq və özünün əldə etdiyi qələbə üstünlüklərindən daha geniş faydalanacaq"./bizim.media