"Azərbaycan əsilli Gürcüstan vətəndaşlarının əksəriyyəti qayıtmağımı istəyir" - SAAKAŞVİLİ

Baxış sayı:
696

“Azərbaycan əsilli Gürcüstan vətəndaşlarının 95% -i bir televiziya sorğusu zamanı qəti şəkildə Gürcüstana qayıtmağımı tələb etdiklərini bəyan edirlər. Yalnız mənim hakimiyyətim altında sakit, dinc yaşayırdılar və sabahkı gündən qorxmurdular. " 

Qafqaz.media xəbər verir ki, bunu öz Facebook səhifəsində Gürcüstanın eks-prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili bildirib.

Saakaşvili paylaşmaya Marneuli bölgəsində çəkilən "Aktual TV" internet telekanalın reportajını əlavə edib. Keçirilmiş sorğuya əsasən Azərbaycan əsilli Gürcüstan vətəndaşlarının əksəriyyəti M. Saakaşvilinin yenidən hakimiyyətə qayıtmasını istəyirlər.