Azərbaycan filmlərində gizli erməni reklamı - Siqaret çəkən erməni qızı kimdir? / FOTO

Baxış sayı:
6706

Bir çox klassik Azərbaycan filmlərində insanların diqqətindən qaçan məqam üzə çıxıb.

"O olmasın, bu olsun" , "Arşın mal alan" , "Papaq" filmlərinə diqqətlə baxan tamaşaçılar arxa fonda bu qızı görə bilərlər.

Şəklin üzərindəki yazıya diqqət yetirsək, "Мирзабекян" yazısı görərik. Bəs,  Mirzəbekyan kimdir? Bununla bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, sözügedən şəxs XX əsrin əvvəllərində Bakıda ən böyük tütün firmasının sahibi olub. Əlində siqaret olan erməni qızın reklamı sayəsində onlar Bakıda əhalinin çoxunu tütün məmulatları istifadə etməyə sövq ediblər.//redaktor